Bakı, 17 dekabr, AZƏRTAC
Bu ilin on ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 42 min 73 nikaha daxilolma və 17 min 907 boşanma halı qeydə alınıb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatına istinadla bildirir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,3-dən 4,9-a enib, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.