AZ

Həbsdən xilas edilən şəxs Əsəd rejiminin cəlladı imiş


Suriyadakı Sednaya həbsxanasından xilas edilən şəxsin rol oynadığı ortaya çıxıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, 3 ay qaranlıq kamerada saxlanıldığını iddia edən şəxsin Əsəd rejiminin məşhur işgəncəçisi olduğu müəyyən edilib. Azadlığa buraxıldığı an dünya gündəminə çevrilən şəxsin, daha yüksək rütbəli bir zabitlə pul mübahisəsi səbəbilə kameraya atıldığı iddiası irəli sürülüb.

Qeyd edək ki, CNN International onun azadlığa buraxıldığı anları əks etdirən kadrları yayıb. O, həmin vaxt özünü Əsəd zülmünün qurbanı kimi təqdim edib. CNN jurnalisti Klarisa Vard bu anı "20 illik karyeramda şahidi olduğum ən qeyri-adi hadisələrdən biri" olaraq xarakterizə edib.

Rəhman Mirzəlizadə, BakuPost
Seçilən
17
1
bakupost.az

2Mənbələr