AZ

Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı 6% artıb - CƏDVƏL

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1953,3 milyon manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 2 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,7%, kimya sənayesi məhsullarının istehsalı isə 6% artıb.

Məlumata görə, hesabat dövründə kimya sənayesi məhsullarından karbamid istehsalı 48,2%, azot istehsalı 13,3%, metanol istehsalı 5,1%, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı 3 dəfə, məsaməli plastik kütlədən sair plastinlər, lövhələr istehsalı 40,6%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 23,1%, polietilendən kisə və çantalar istehsalı isə 16,5% artıb.

Azərbaycanda hesabat dövründə kimya sənayesində istehsal edilmiş əsas məhsullar:

 

Məhsul növləri

2024-cü ilin yanvar- noyabr aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.12.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı

Kimya sənayesi məhsulları

Təsirsiz qazlar, min kub metr

39931,2

94,3

256,4

ondan:

     

azot, min kub metr

22179,2

113,3

69,0

Lak-boya məmulatları, ton

38259,9

106,8

333,6

Qeyri-üzvi kimyəvi maddələr, ton

30530,0

133,0

7590,0

ondan:

     

yod, ton

192,9

100,2

19,5

Üzvi kimyəvi maddələr, min ton

829,8

94,0

16,5

ondan:

     

etilen, min ton

126,1

83,2

-

propen (propilen), min ton

119,6

85,4

0,7

metanol (metil spirti), min ton

468,2

105,1

12,7

Etil spirti, min dkl

74,5

155,5

18,9

Gübrə və azot birləşmələri, min ton

592,0

148,2

70,7

ondan:

     

karbamid, min ton

592,0

148,2

70,7

İlkin formada plastik kütlə, min ton

244,7

83,9

13,3

ondan:

     

polietilen, min ton

120,5

81,7

7,0

Yapışqan və yapışdırıcı maddələr, min ton

121,2

107,8

7,6

Seçilən
3
1
fed.az

2Mənbələr