17 yanvar 2025-ci il tarixində “Norm” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Marja xəbər verir ki, Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin müşahidə şurasının yeni tərkibinin təsdiq edilməsi ilə əlaqədar məsələlərin müzakirə edilməsi;
2. Cəmiyyətin cari fəaliyyəti ilə bağlı digər məsələlərin müzakirə edilməsi.
Ümumi yığınca Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanında keçiriləcək.