Azərbaycan üçüncü ölkə vasitəsilə Hindistan silahlarının əldə etmək istəyib. Guya bununla bağlı Azərbaycanın müraciətinə Hindistan məhəl qoymayıb. Bu barədə “The Print”in yaydığı məlumatda iddia edilib.
Nəşrin naməlum mənbəyə istinadən iddiasına görə, Azərbaycan dost ölkə vasitəsilə Hindistan silahlarını ixrac etmək istəyib, lakin qarşı tərəf guya buna cavab verməyib.
“The Print”in yazdığına görə, Hindistan heç bir başqa ölkənin vasitəçi kimi çıxış etməsini istəmir.
Qeyd olunur ki, Bakı heç vaxt rəsmi və ya qeyri-rəsmi olaraq bu mövzunu Nyu Dehli qarşısında birbaşa qaldırmayıb.
Bu məlumatın qərəzli olduğu isə istisna edilmir. Belə ki, Ermənistana silah satan ölkədən Azərbaycanın silah almaq istəməsi yalnız erməni fantaziyası ola bilər. Üstəlik Emənistandan fərqli olaraq Azərbaycanın Hindistan silahlarına ehtiyacı yoxdur və ölkəmiz ən müasir silahlarla ordumuzu təmin edib.
Oxuməni.az