Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən erməni haker qruplarının Azərbaycan vətəndaşlarına qarşı yeni fişinq hücumları müəyyən edilib.
Bu barədə Oxu.Az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin qruplar müxtəlif teatrlara və tamaşalara saxta bilet satışı həyata keçirən veb-saytlar hazırlayaraq, sosial mühəndislik yolu ilə vətəndaşları aldadaraq onlara məxsus bank kartı məlumatlarının ələ keçirilməsi və pul vəsaitlərinin mənimsənilməsi üçün yeni metoda əl atırlar.
“Vətəndaşları bu cür hallara qarşı ayıq-sayıq olmağa, biletləri yalnız rəsmi satış nöqtələrindən və rəsmi satış veb-saytlarından əldə etməyə çağırırıq”, - deyə məlumatda qeyd olunur.