AZ

Ərdoğandan mühüm Avropa İttifaqı açıqlaması

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Avropa İttifaqına (Aİ) daxil olmaq perspektivi onun ölkəsi üçün strateji hədəf olaraq qalır.

News24.az xəbər verir ki, o, bu barədə Ankarada səfərdə olan Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

“Avropa İttifaqına üzv olmaq Türkiyə üçün strateji hədəf olaraq qalır. Bu, həm birlik, həm də ölkəmiz üçün önəmli bir töhfə olacaq. Hazırkı danışıqlarımızın əsas gündəliyi Türkiyə ilə Aİ arasında münasibətləri canlandırmaq üçün atıla biləcək ümumi addımlardır. Biz Aİ-nin Türkiyənin üzvlük perspektivlərini gücləndirəcək yeni bir baxış təqdim etməsini gözləyirik”, - deyə Ərdoğan bildirib.

Aynurə



Seçilən
3
1
news24.az

4Mənbələr