AZ

Yük təyyarələri göndərildi - Rus ordusu bölgədən çıxır

Suriyada 61 illik “Bəəs” rejiminin devrilməsindən sonra Rusiya hərbi qüvvələri ölkə daxilində yerləşdikləri bölgələrdən geri çəkilir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Star” məlumat yayıb.

Türkiyə nəşri bildirir ki, bu çərçivədə Rusiyanın Latakiya vilayətində yerləşən Xmeymim avibazasında hazırlığı davam edir.

Bazadan havaya qalxan Rusiyanın döyüş təyyarələri dünən hücum etmədən Həma və İdlib səmalarında uçaraq geri dönərkən, bu gün İdlib, Hələb və Həmada görünüblər.

İdlib səmasında ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus təyyarənin də uçuşu müşahidə edilib.

ABŞ-ın “Maxar” şirkəti tərəfindən yayımlanan peyk görüntüləri Rusiya hərbçilərinin Suriyadakı hərbi bazalarını tərk etməyə hazırlaşdığını göstərir.

Kadrlarda Xmeymimdəki iki An-124 ağır hərbi nəqliyyat təyyarəsinin yükləri daşımağa hazır vəziyyətə gətirildiyi, S-400 hava hücumundan müdafiə sisteminin hissələrinin isə sökülərək daşınmağa hazırlandığı görülür.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
25
teleqraf.com

1Mənbələr