Bakı. Trend:
Azərbayacanda yüksək gəlirli müştərilərə xidmət göstərən “PASHAPrivate Banking”, caz muğamının banisi, məşhur bəstəkar və pianoçuVaqif Mustafazadənin vəfatının 45-ci ildönümünə həsr olunmuş xatirəgecəsinə baş sponsor qismində dəstək verib.
15 dekabrda Vaqif Mustafazadə adına Xeyriyyə Fondununtəşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasındakeçirilən “Maestroya Sevgi ilə” adlı musiqili gecədə VaqifMustafazadənin unikal irsinə aid nümunələr və dünya cazklassiklərinin dəyərli əsərləri səslənib.
Konsert proqramında Mustafazadənin "Muğam", "Xatirələr"(Səmərqənd Naxışları), "Əzizənin intizarında", "Bahar", "VaqifMustafazadəyə həsr olunmuş əsər", "Aman ovçu", John Coltranenin"Giant Steps" və "Softly as in a Morning Sunrise" əsərləri ifaolunub.
“PAŞA Bank” milli-mədəni irsin qorunması və beynəlxalq miqyasdatəbliğ olunması istiqamətində həyata keçirdiyi korporativ sosialməsuliyyət layihələri ilə seçilir. Bank, Azərbaycanın mədənidəyərlərinin dünya miqyasında tanınmasına dəstək olmaq məqsədiləmüxtəlif təşəbbüsləri gerçəkləşdirir və gələcək nəsillərə dəyərliirsin ötürülməsinə töhfə verir.