Dopinq testi müsbət nəticələnən ukraynalı futbolçu Mixail Mudrik düşdüyü vəziyyətə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, artıq "Çlesi"dən kənarlaşdırılan vinger sosial şəbəkə hesabında bu yöndə paylaşım edib:
"Testin nəticəsi barədə mənə məlumat verildiyini təsdiqləyirəm. Bu mənim üçün əsl şok oldu. Heç vaxt bilərəkdən qadağan olunmuş maddə qəbul etməmişəm, qaydaları pozmamışam. Bunun necə baş verdiyini üzə çıxarmaq üçün komandamla sıx ünsiyyətdəyəm.
Bilirəm ki, pis nəsə etməmişəm. Meydana qayıtmaqla bağlı ümidimi itirmirəm.İndi prosesin tələblərinə uyğun olaraq daha çox şey deyə bilmirəm, amma belə imkan yarananda açıqlayacam".
Nihat