Bakı, TurkicWorld
ABŞ-da yerləşən Suriya insan haqları təşkilatının rəhbəri bildirib ki, paytaxt Dəməşq yaxınlığındakı kütləvi məzarlıqda devrilmiş prezident Bəşər Əsəd hökuməti tərəfindən öldürülən azı 100 min insanın cəsədi var.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, Suriya Fövqəladə Hallar Təşkilatının rəhbəri Muaz Mustafa Suriya paytaxtından 40 kilometr şimalda yerləşən Quteyfədəki ərazilərdə , ümumilikdə beş kütləvi məzarlığın olduğunu bildiirb.
O əlavə edib ki, ərazidə basdırılan cəsədlərin sayının ən az yüz min olduğu ehtimal edilir.
Mustafa bildirib ki, bu məzarlıqıarda suriyalılarla yanaşı, Amerika və Britaniya vətəndaşları və digər əcnəbilər də var.