Doğrudanmı, komandalar arasında səviyyə fərqi bu qədər dərindi, yoxsa qonaqlar, sadəcə, bəxtsizliklə üzləşdi? “UltraSumqayıt” fanklubunun rəhbəri Qüdrət Allahverdiyev “Football-plus.az”a bu haqda danışdı:
“Fikrimcə burda ən mühüm amil maliyyə və səviyyə fərqinin olmasıdı. Bu gün üçün “Sumqayıt”ın maliyyə ehtiyatları bir o qədər çox deyil ki, səviyyəli futbolçular gətirsin. Təbii ki, futbol bir oyundu. Bəzən maliyyədən və heyətdən asılı olmadan zəif klub da güclünü məğlub etməyi bacarır. “Neftçi” ilə oyunu nümunə göstərmək olar. Biz də avrokuboklarda bir neçə mərhələ keçsəydik, onda klubda maliyyə problemləri müəyyən qədər aradan qalxmış olardı. Baş verən hadisələrə baxmayaraq, klubumuza güvənirik. “UltraSumqayıt” ailəsi olaraq, ümid edirik ki, ölkə kubokunda uğurlu nəticə əldə edib, yenidən avrokuboka yollanacağıq”.
ƏSƏD SEYİDOV