AZ

Azərbaycan Türkiyənin məsafədən audit və data təhlili təcrübəsini öyrənir

Hesablama Palatasının aparat rəhbəri Tamerlan Yusif-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Hesablama Məhkəməsinin məsafədən audit və böyük verilənlərin (big data) təhlili təcrübəsinin öyrənilməsi məqsədilə bu ölkənin paytaxtı Ankaraya səfər edib.

"Aznews.az" Palataya istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Sayıştayının informasiya sistemlərinin (BVAS və VERA) təqdimatları edilib.

Bildirilib ki, audit portfelinə daxil olan qurumların 90 %-dən çoxunun maliyyə məlumatları bu sistemlər vasitəsilə Sayıştaya daxil olur, 500-ə yaxın ssenari vasitəsilə emal edilir. Böyük verilənlərin hazırkı tarixə xüsusilə maliyyə auditi üçün əhatəli, güclü baza formalaşdırdığını qeyd edən həmkar ali audit orqanının nümayəndələri bu sistemlərin müxtəlif dövlət orqanlarından, o cümlədən Maliyyə və Xəzinə Nazirliyinin mərkəzi büdcə üzrə vahid mühasibatlıq sistemindən məlumat əldə etmək imkanlarının olmasının aidiyyəti fəaliyyətə töhfə verməsindən bəhs ediblər.

phrase_var_article.chosen
29
7
aznews.az

8phrase_var_article.sources