Sosial mediada Sumqayıt şəhəri 38 nömrəli tam orta məktəbdə müəllimin şagirdi stulla vurmasına dair görüntülər yayılıb.
Publika.az xəbər verir ki, bunu Modern.az məsələ ilə əlaqədar Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
"Bildiririk ki, "Təhsilverənlərin etik davranış qaydaları"nı pozduğuna görə müəllim barəsində intizam tənbehi tədbiri görülüb. Eyni zamanda məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxsdən həvalə geri götürülüb.