AZ

19 yaşlı qadın dəm qazından boğularaq ÖLDÜ

Salyan sakini dəm qazından boğularaq ölüb.

hakimiyyet.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xələc kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 2005-ci il təvəllüdlü Aynur Müşfiq qızı Bəşirova hamamda olarkən dəm qazından boğulub.

O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
9
25
hakimiyyet.az

10Mənbələr