AZ

NTD-nin baş məşqçisi: “Öz üzərimizdə işləməyə davam etməliyik“

Azərbaycan Basketbol Liqasının VII turunun "Naxçıvan"la oyunundan sonra NTD-nin baş məşqçisi Tahir Baxşıyev klubun mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, o, görüşü dəyərləndirib.

“Öz üzərimizdə işləməyə davam etməliyik. Çətin bir matç oldu. Əsas heyət üzvlərimizdən Akbər Məmmədov bu oyunu buraxırdı. Əvəzində Məhəmməd Hüseynli özünü yaxşı tərəfdən göstərdi. Eyni zamanda Murad Babayevə də inanıram. Onun daha yaxşı oynaya biləcəyini bilirəm. Belə qarşılaşmalar gənc oyunçular üçün çox önəmlidir. Öz üzərimizdə işləməyə davam etməliyik. Növbəti oyun "Neftçi"yə qarşı olacaq. Yenə də Akbarsız oynayacağıq".

Qeyd edək ki, NTD - "Naxçıvan" qarşılaşması birincilərin 95:77 hesablı qələbəsi ilə yekunlaşıb.

“Lənkəran”ın baş məşqçisi: “Bunların üzərində işləyirik”

Georgi Kondruseviç: "Təəssüf ki, bizdə heyət bir o qədər geniş deyil"

ABL: "Gəncə" "Lənkəran"ı məğlub edib

"Lənkəran"da ayrılıq

Azərbaycan Basketbol Liqasında daha bir görüş keçiriləcək

Seçilən
4
2
apasport.az

3Mənbələr