AZ

IOTA İcraiyyə Şurasının 151-ci iclası keçirilib


Dekabrın 17-də Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) İcraiyyə Şurasının 151-ci iclası keçirilib. Videokonfrans formatında təşkil edilmiş iclasda IOTA prezidenti, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli iştirak edib.

Tədbirdə Azərbaycanın IOTA-ya prezidentliyi müddətində müəyyənləşdirilmiş prioritetlər və fəaliyyət istiqamətləri barədə məlumat verilib. Təşkilatın beynəlxalq statusunun yüksəldilməsi, dayanıqlı fəaliyyətinin təmin edilməsi, maliyyə imkanlarının daha da yaxşılaşdırılması barədə təkliflər nəzərdən keçirilib. 

İclas iştirakçıları növbəti illərdə IOTA üçün nəzərdə tutulan əsas fəaliyyət istiqamətləri, qiymətləndirmə meyarları, potensial layihələr, strategiyalar və ezamiyyə siyasəti barədə məsələləri müzakirə ediblər. Tədbir çərçivəsində təşkilatın 2024-cü il üçün illik İcra Planının məqsədləri diqqətə çatdırılıb. Bundan başqa, beynəlxalq ekspertlərlə iş, yeni alətlərin və yanaşmaların tətbiqinin perspektivləri ilə bağlı məsələlər də müzakirə mövzusu olub. 

İclas zamanı IOTA-nın 29-cu Baş Asambleyasına hazırlıq işləri, bu çərçivədə nəzərdə tutulan tədbirlər və birgə işin təşkili barədə fikir mübadiləsi aparılıb. 


Seçilən
1
1
azia.az

2Mənbələr