35 yaşdan sonra hər alınan artıq kilolar bədəndə iltihab riskini artırır.
“Medicina” xəbər verir ki, Seul Tibb kollecinin alimləri Koreyanın 73 min nəfər əhalisi üzərində araşdırma aparıblar. Onların ömrü 5 mərhələdə izlənib.
Məlum olub ki, 35 yaşdan sorna 10 kq çəki alan qadınlarda süd vəzi xərçəngi riski 40% artır.
Alimlər bu nəticəyə gəliblər ki,35 yaşdan sonra çəkiyə nəzarət süd vəzi xərçənginin profilaktikası üçün vacibdir.
Süd vəzi xərçəngi 10% hallarda gen mutasiyası nəticəsində olur. 40 yaşdan sonra risk artır, eləcə də zərərli həyat, alkoqol və siqaret riski artırır.