AZ

AVRO-2026: Azərbaycanın futzal millisi əsas mərhələyə heç-heçə ilə başlayıb

Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsindəki ilk oyununda İsveçlə heç-heçə edib.

"Far.Az"un məlumatına görə, Vitali Borisovun baş məşqçisi olduğu yığma Bakı İdman Sarayında reallaşan matçda 3:3 hesablı bərabərliyə razılaşıb.

Yığmamızın heyətində Oktay Rüstəmli (2,40) və Xəzər Ağalızadə (23) fərqlənib

Skandinaviyalılar qrupdakı ilk matçda Yunanıstana uduzublar - 1:4.

Qeyd edək ki, yığmamız V qrupdakı növbəti görüşünü gələn il yanvarın 31-də Xorvatiyaya qarşı keçirəcək.

Foto: Vüqar Xanlarov

Seçilən
1
2
far.az

4Mənbələr