AZ

Baş nazir Nikol Paşinyan SÜLH arzulayır

Paşinyan Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə dəstək məsələsində Litvanın mövqeyini yüksək qiymətləndirdiyini bildirib.

İNFOAZ.WS Aysor.am-a istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan Litva Respublikasının Baş naziri Gintautas Paluckasa vəzifəyə təyin olunması münasibətilə təbrik məktubu göndərib:

“Sizi Litva Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ermənistan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstək məsələsində Litvanın mövqeyini yüksək qiymətləndirirəm”.

“Sizə möhkəm cansağlığı və uğurlar, Litvanın dost xalqına isə sülh və rifah arzu edirəm”, – məktubda qeyd olunub.

Fatimə Məmmədova

Seçilən
9
infoaz.ws

1Mənbələr