AZ

“ABŞ-nin Kirillovun ölümündə “əli olmayıb”” - Dövlət Departamenti

ABŞ-nin Moskvada rus generalı İqor Kirillovun öldürüldüyü terror aktına heç bir aidiyyəti yoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi brifinq zamanı bildirib.

“Sizə deyə bilərəm ki, Birləşmiş Ştatlar bundan əvvəldən xəbəri olmayıb və hadisədə heç bir şəkildə iştirak etməyib”,- Miller vurğulayıb.
 

Xatırladaq ki, Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi Moskva şəhərində partladılaraq öldürülüb.


Rəsmi Moskva teraktın Ukrayna xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyini iddia edir. Kiyev isə bu məlumatı təkzib edib.

Bizim.Media

phrase_var_article.chosen
33
bizim.media

1phrase_var_article.sources