AZ

Azərbaycan millisinin baş məşqçisi və kapitanı “The Best”də kimlərə səs verdi?

FİFA-nın 2024-cü il üçün “The Best” mükafatı üçün Azərbaycan təmsilçilərinin kimlərə səs verdiyi bəlli olub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan komandasının baş məşqçisi Fernandu Santuş səsvermədə 1-ci yerə İspaniya millisi və “Barselona”nın futbolçusu Lamin Yamalı layiq görüb.

O, ikinci yer üçün Vinisius Juniora (Braziliya millisi, “Real” Madrid), üçüncü yer üçünsə Rodriyə (İspaniya millisi, “Mançester Siti”) səs verib.

Santuş məşqçi seçimində bu mütəxəssislərə qiymət verib: 1.Luis De La Fuente, 2. Xabi Alonso, 3.Lionel Skaloni

Azərbaycan millisinin kapitanı Bədavi Hüseynovun futbolçular arasında seçimi isə belə olub: 1

.Vinisius Junior, 2. Rodri, 3. Dani Karvahal (İspaniya millisi, “Real). Onun baş məşqçilər arasında seçimi isə belədir: 1.Karlo Ançelotti, 2.Xabi Alonso, 3.Luis De La Fuente

Səsvermənin yekununa əsasən, Vinisius Junior birinci (48 xal), Rodri ikinci (43 xal), İngiltərə millisi və “Real”ın futbolçusu Cud Bellingem (37) isə üçüncü yeri tutub.

İlin məşqçisi isə Karlo Ançelotti ("Real Madrid) seçilib.

Seçilən
31
6
sportinfo.az

7Mənbələr