AZ

Yığmamız Estoniyada 15 üzgüçü ilə yarışacaq

Azərbaycan üzgüçülük yığması Estoniyanın Tartu şəhərində keçiriləcək Açıq Estoniya Qış çempionatında iştirak edəcək.

İdman.biz xəbər verir ki, komandamız yarışda 15 idmançı ilə təmsil olunacaq.

Yığmanın heyətində Ramil Vəlizadə (50, 100, 200 metr məsafəyə "butterfly", 200 metr məsafəyə qarışıq), Fatimə Alkərimova (50, 100, 200 metrlər məsafəyə sərbəst üsul, 50 metr məsafəyə brass, 200 metr məsafəyə qarışıq), Rəşad Alquliyev (50,100 metr məsafəyə arxası üstə, 200 metrdə məsafəyə qarışıq üsul ) Əbdürrəhman Rüstəmov (50, 100 metr məsafəyə sərbəst, 50,100 metr məsafəyə "butterfly"), Səid Həmidov (50, 100 metr məsafəyə sərbəst, 200 metr məsafəyə qarışıq, 50 metr məsafəyə "butterfly"), Orxan Əliyev (50,100 metr məsafəyə sərbəst üsul, 50 metr məsafəyə "butterfly"), Tima Beyker (50, 100 metr məsafəyə brass, 50, 100 metr məsafəyə sərbəst), Anastasiya Babarıkina (50, 100, 200 metr məsafəyə brass), Oqtay Hüseynov (200 metr məsafəyə "butterfly", 400 metr məsafəyə qarışıq, 400, 1500 metr məsafəyə sərbəst), Süleyman İsmayılzadə (200, 400 və 1500 metr məsafəyə sərbəst), Vlastilina Xasyanova (50,100 və 200 metr məsafəyə sərbəst), Fərhad Şirməmmədli (50, 100, 200 metr məsafəyə sərbəst, 200 metr məsafəyə qarışıq), Mehri Əbdürrəhmanlı (50, 100,200 metr məsafəyə "butterfly", 50 metr məsafəyə sərbəst, 50 metr məsafəyə arxası üstə), Amin Oruclu ( 400, 1500 metr məsafəyə sərbəst, 50 metr məsafəyə "butterfly", 50 metr məsafəyə qarışıq) və Məryəm Cavadova (50, 100 200 metr məsafəyə sərbəst, 50 metr məsafəyə "butterfly") medal qazanmağa çalışacaqlar.

Qeyd edək ki, Azərbaycan millisinin üzgüçüləri dekabrın 20-22-də start xəttinə çıxacaqlar.

İdman.biz

Seçilən
1
3
idman.biz

4Mənbələr