"Onkoloji xəstəliklərin diaqnostikasında istifadə edilən Pozitron emissiya tomoqrafiyasının icbari tibbi sığortanın xidmətlər zərfinə əlavə edilməsi ilə bağlı xərclər hesablanır".
News24.az Bakupost.az-a istinadla xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2024-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, Milli Onkologiya Mərkəzi ilə bu istiqamətdə danışıqlar gedir:
"Həmin aparatların sayının artırılması, müayinənin əhali üçün əlçatan olması təmin edilməlidir. Gələn il yekun nəticələr barədə ictimaiyyətə məlumat veriləcək".