AZ

Kamal Abdulla ağır əməliyyat keçirdi

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, xalq yazıçısı, akademik Kamal Abdulla ağır əməliyyat keçirib.

Axar.az xəbər verir ki, o, APA-ya müsahibəsində məlumatı təsdiq edib.

Akademik əməliyyatdan sonrakı vəziyyəti barədə də danışıb:

"Çox yaxşıyam. Həkimlərimə minnətdaram. Onlar məni çox ağır vəziyyətdən çıxara bildilər. İndi yavaş-yavaş əvvəlki həyat ritmimə, iş rejimimə qayıdıram".

Qeyd edək ki, 74 yaşlı xalq yazçısı, akademik Kamal Abdulla 2017-ci ildən ADU-ya rəhbərlik edir.

Seçilən
3
10
sherg.az

10Mənbələr