"Suriyanın “Heyəti Təhriri əl-Şam” qruplaşması (HTŞ) faktiki olaraq terror təşkilatı deyil".
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik “Habertürk” telekanalına bildirib.
O qeyd edib ki, qrupun rəhbəri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) artıq Avropa İttifaqı ilə əlaqələr qurub.
Çelik vurğulayıb ki, HTŞ hazırda terror təşkilatları siyahısındadır, lakin HTŞ faktiki olaraq terror təşkilatı olmadığı üçün bu reallıq tezliklə dəyişəcək.