AZ

Dele Alli “Komo”da? - Sesk Fabreqas açıqladı

Bu ilin yayında “Everton”dan ayrılandan bəri işsiz olan İngiltərə millisinin sabiq üzvü Dele Alli karyerasını “Komo”da davam etdirə bilər.

Arena.az xəbər verir ki, Alli İtaliya A Seriyasının 16-cı turunun “Komo” – “Roma” oyununda (2:0) tribunada olub.

Onun “Komo”nun düşərgəsində olmasının səbəb olmadığı iddia olunur. Hətta bu məsələyə “Komo”nun baş məşqçisi Sesk Fabreqas da münasibət bildirməli olub. O, “Roma” ilə ev oyununda Dele Allinin tribunada olmasını belə şərh edib:

“Dele Alli tribunada idi? Onunla görüşmüşəm, amma bu haqda danışmaq istəmirəm. O, Miladdan sonra bizimlə məşq edə bilər, ancaq idman formasına qayıtmaq üçün”, deyə Fabreqas vurğulayıb.

Xatırladaq ki, Dele Alli peşəkar karyerasına “Milton Kins Dons” komandasında başlayıb. O, 2015-ci ildə məhz bu klubdan “Tottenhem”ə transfer olub. London təmsilçisində 269 oyuna 67 qol vurmuş futbolçu, 2022-ci ilin yanvarında azad agent kimi “Everton”a cəlb olunub. O, bu komandada cəmi 13 oyuna çıxsa da, fərqlənə bilməyib. 2022/2023-cü illər mövsümündə Türkiyənin “Beşiktaş” klubunda icarədə olan ingilis futbolçu İstanbul təmsilçisinin heyətində 15 oyuna 3 qolla yadda qalıb. 2024-cü ilin yayında isə “Everton” Alli ilə müqaviləyə xitam verildiyini rəsmən açıqlayıb. Həmin dövrdən bəri ingilis futbolçu azad agent kimi özünə yeni iş yeri axtarır.

28 yaşlı futbolçu 2015-ci ilin oktyabr ayında İngiltərə yığmasında keçirdiyi 37 oyunda 3 qola imza atıb. O, bu oyunlarda 7 məhsuldar ötürmə müəllifi də olub.

“Transfermarkt” internet portalı 28 yaşlı Dele Allini 3,5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
12
arena.az

1Mənbələr