2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 67,4 milyard manat təşkil edib.
Teleqraf.com xəbər verir ki, bu göstəricinin həcmi 2023- cü ilin yanvar-noyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 4,8% artıb.
Onun 80 faizini pərakəndə ticarət dövriyyəsi, 16,9 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,1 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilən xidmətlərin dəyəri 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 4,7 faiz artaraq 64,7 milyard manata bərabər olub. Onun 46,7 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.