AZ

Prokurorluq 2-ci sinif şagirdinin xəsarət almasını araşdırır


Bakının Sabunçu rayonunda yerləşən 90 nömrəli tam orta məktəbdə 2-ci sinif şagirdinin xəsarət alması faktı üzrə Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, hadisənin səbəbi və baş vermə şəraiti ətraflı araşdırılmaqla nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul olunması təmin ediləcək.
Xatırladaq ki, sosial şəbəkələrdə ikinci sinif şagirdinin təhsil aldığı məktəbdə döyülməsi ilə bağlı məlumat və şagirdin fotosu yayılıb.
90 nömrəli tam orta məktəbdən bildirilib ki, 7 noyabr 2023-cü il tarixində məktəbin 2F sinfinin iki şagirdi qaçarkən toqquşub. Nəticədə şagirdlərin birində heç bir iz müşahidə olunmasa da, digəri xəsarət alıb.
DİN-in mətbuat xidmətindən isə bildirilib ki, ikinci sinif şagirdinin döyülməsi ilə bağlı polisə daxil olmuş məlumatlar araşdırılıb və şagirdin göz nahiyyəsindəki xəsarət faktında qəsd müəyyən olunmayıb.
Seçilən
522
33
yeniavaz.com

10Mənbələr