AZ

TƏBİB rəsmisi: Azərbaycanda həkimlərin 60-70 faizi paytaxtda cəmləşib

Azərbaycanda fəaliyyət göstərən həkimlərin 60-70 %-i paytaxtda cəmləşib.

AzNews.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktorunun müavini Azər Nəsirov Səhiyyə İdarəçiləri Zirvəsi çərçivəsində panel çıxışı zamanı deyib.

O bildirib ki, hazırda regionlarda həkim çatışmazlığı müşahidə olunur.

TƏBİB rəsmisi qeyd edib ki, bütün yaxşı, üçüncü səviyyəli səhiyyə xidmətinin Bakıda yerləşməsi fikri də yanlışdır:

"Düzdür, səhiyyə sistemində müəyyən problemlər var, amma son 4-5 ildir mövcud nöqsanların aradan qaldırılması istiqamətində böyük addımlar atılır. Multidispinal regional xəstəxanaların yaradılması ilə üçüncü səviyyəli xidmətin vətəndaşlar üçün əlçatan olmasını təmin etməyə çalışırıq".

Seçilən
12
4
aznews.az

10Mənbələr