AZ

Qarabağ Universitetində ən yaxşı klinik model tətbiq oluna bilər

Bakı. Trend:

Qarabağ Universitetində ən yaxşı klinik model tətbiq olunabilər.

Trend xəbərverir ki, bunu Qarabağ Universitetinin tibb proqramlarınındirektoru Samir Babayev bu gün “Səhiyyə İdarəçiləri Zirvəsi 2024”çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.

O, əvvəllər dünyaca məşhur Mayo Klinikasında çalışdığınıxatırladıb.

"Həmin tibb müəssisəsi modelinin bəzi prinsiplərinin QarabağUniversitetində tətbiqi tədris və tibbi xidməti sahəsində ciddiirəliləyişlərə səbəb ola bilər. Bu model qeyri-kommersiya prinsipiilə işləyir və bütün gəlirlər işçilərin rifahı və infrastrukturuninkişafına yönəldilir. Əsas məqsəd işçilərin məmnuniyyətiniartırmaqla göstərilən tibbi xidmətin keyfiyyətini maksimumaçatdırmaqdır. Mayo Klinikası işçilərinə yüksək maaş və sabitəməkhaqqı təmin etməklə fərqlənir. Burada işçilər yalnız maaş alır,əlavə bonus və imtiyazlar yoxdur. Lakin əməkhaqqı digər tibbmərkəzlərinə nisbətən daha yüksəkdir ki, bu da peşəkarlarınuzunmüddətli işləməsini təmin edir".

O qeyd edib ki, eyni vəzifədə çalışan işçilərin bərabər maaşalması komandadaxili iş birliyini və kollektiv ruhunugücləndirir.

"Pasiyentlər isə konkret həkimi seçməyə ehtiyac duymadanklinikanın adını eşidərək yüksək səviyyəli tibbi xidmətalacaqlarına əmin olurlar. Həmin prinsiplərin QarabağUniversitetində tətbiqi yerli təhsil və səhiyyə sektorunda ciddiyeniliklərə və rəqabət qabiliyyətinin artmasına səbəb ola bilər. Buaddım universiteti beynəlxalq səviyyədə tanınan bir quruma çevirməküçün böyük potensial yaradar", - deyə o əlavə edib.

Seçilən
14
6
az.trend.az

8Mənbələr