Direktiv No 21 – 18 dekabr 1940-cı ildə Hitler "Barbarossa" Planını imzaladı.
12-ci əsrdə Müqəddəs Roma İmperatoru və səlibçi Frederik Barbarossanın (“qırmızı saqqal”) adını daşıyan "Barbarossa" Planı Nasist Almaniyasının kommunizmin kökünü kəsmək və almanların məskunlaşması üçün Sovet İttifaqının qərb hissəsini fəth etmək kimi ideoloji məqsədlərini həyata keçirməyə yönəlmişdi.
Sovet İttifaqının Avropa hissəsində Qızıl Ordunun üç ordu qrupunun köməyi ilə səkkiz həftədən gec olmayaraq məğlub edilməsi planlaşdırılırdı.
Bu plan 1941-ci ilin dekabrında, faşistlərin Moskva yaxınlığında dayandırıldığı və sovet əks-hücumunun başladığı zaman iflasa uğradı.
Barbarossa planının yaradıcıları zaman amilini və geniş əraziləri, SSRİ-nin hərbi və iqtisadi potensialını lazımi səviyyədə qiymətləndirmirdilər.