AZ

Moskvada generalı öldürənlər yaxalandı

Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəhbəri İqor Kirillov və onun köməkçisinin qətlində şübhəli bilinən iki nəfər saxlanılıb.

Gundem.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

“Hər iki şəxs dünən axşam saatlarında saxlanılıb. Şübhəlilər ifadələrində müstəntiqlərə qətlin təşkilatçıları barədə məlumat veriblər. Əməliyyat-axtarış tədbirləri davam etdirilir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, dünən səhər Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı, general-leytenant İqor Kirillov öldürülüb. Generalın Ukrayna Baş Kəşfiyyat İdarəsinin sui-qəsdi nəticəsində öldürüldüyü barədə məlumat yayılıb.

Seçilən
0
8
gundem.az

10Mənbələr