AZ

Xaricə ixrac olunan narın kilosuu 35 qəpik ucuzlaşıb - YENİ QİYMƏT

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 25 milyon 768 min dollar həcmində 29 min 359 ton nar ixrac edilib.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, nar ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyon 614 min dollar və ya 5,9% azalıb, miqdar ifadəsilə 4 099 ton, başqa sözlə 16,8% artıb.

Qeyd edək ki, 2024-cü ilin ilk 11 ayı ərzində Azərbaycandan 27 milyon 382 min dollar dəyərində 25 min 260 ton nar ixrac olunmuşdu.

Bu ilin yanvar-noyabr ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi narın 1  kiloqramının orta ixrac qiyməti 1 manat 49 qəpik təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 84 qəpik idi. Bu da illik müqayisə ilə 35 qəpik  və ya 19% azalma deməkdir.

Bu il ümumi ixracının 0,09%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,90%-i narın payına düşüb.

Seçilən
5
1
fed.az

6Mənbələr