AZ

Arnold Şvartzennegger son halı ilə təəccübləndirdi

Dünya şöhrətli Hollivud ulduzu Arnold Şvartzennegger son halı ilə görənləri təəccübləndirib.

OLAY yazır ki, ötən gün 77 yaşlı amerikalı sənətçinin Milad komediyasının “Man With The Bag” (Kişi çanta ilə) filminin çəkilişləri zamanı boz saqqallı və uzun saçlı olduğunu göstərən fotosu sosial şəbəkə seqmetindən “viral” olub. 

Ekran işindəki yeni rolu üçün xarici görünüşünü kökündən dəyişən aktyorun fotosu 7 saat ərzində 200 mindən çox bəyənmə toplayıb. Şəkildə 77 yaşlı ulduz amerikalı aktyor və müğənni Alan Riçsonla birlikdə göstərilib.

“Şaxta baba şəhərə gəlir!”, - deyə Şvartzennegger layihədəki rolunu bu şərhi ilə elan edib.

“People” nəşri aktyorun 180 dərəcə dəyişimini şərh edərək onun keçmiş bodibilder və siyasətçi olduğunu, ona görə də “əlbəttə ki, onun növbəti rolunun Santa Klaus rolu olmalı idi” deyə qeyd edib.

Seçilən
8
olay.az

1Mənbələr