AZ

Azərbaycanda son 40 ilin ən soyuq qışı gözlənilir

Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib ki, Azərbaycanda son 30-40 ilin ən soyuq qışı gözlənilir.

Onun sözlərinə görə, ötən əsrin 70-ci illərinə qədər qış daha sərt keçirdi. Bu isə periodik hadisə hesab olunur. Bu səbəbdən də yenidən kəskin soyuğa və yağıntıya hazır olmaq lazımdır. Yağıntının bol olması nəticəsində Xəzərdə də suyun artacağı, sahillərinin yenidən öz yerinə qayıdacağı gözlənilir.

Ə.Əliyev bildirib ki, ötən il ölkənin bəzi ərazilərinə yağıntının miqdarı 40 faiz artıq düşmüşdü. Bu il də kifayət qədər bol yağıntı olub.

Ənvər Əliyev qeyd edib ki, proqnozlaşdırılan soyuq və bol yağıntılı qış Azərbaycanda bir sıra problemləri həll edə biləcək. Elə ona görə də, bu arzuolunandır.

 

Seçilən
0
49
buta.media

10Mənbələr