Azərbaycan BMT Baş Assambleyasında Rusiyanın irəli sürdüyü "Nasizmin, neonasizmin və irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bununla bağlı dözümsüzlüyün genişlənməsinə kömək edən digər təcrübələrin tərənnümünə qarşı mübarizə” adlı qətnamənin lehinə səs verib.
Bizim.Media xəbər verir ki, layihənin həmmüəllifləri Belarus və Türkmənistan olub.
Sənədi 119 ölkə dəstəkləyib, 53 ölkə əleyhinə, 10 ölkə bitərəf qalıb. Əleyhinə səs verənlər arasında Almaniya, İtaliya, Kanada, ABŞ, Ukrayna və Yaponiya da var.
Sənəd 74 bənddən ibarətdir. Burada nasizmin tərənnümü və təbliği ilə bağlı hadisələrin kəskin şəkildə pislənməsi, tarixi həqiqətin qorunub saxlanılması səylərinin alqışlanması, bəşəriyyətə qarşı cinayətlərin inkarının qarşısının alınması ilə bağlı tövsiyələr, İkinci Dünya Müharibəsinin tarixinə və nəticələrinə yenidən baxılması haqqında müddəalar yer alır.
Bizim.Meia
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta