AZ

Vardanyanın məhkəməsi yaxınlaşır: ermənilər isterikadadır

Bakıda həbs olunan Qarabağ separatçılarının cinayət işlərininməhkəməyə göndərilməsi onillərlə davam edən və sonda 44 günlükİkinci Qarabağ Müharibəsindəki zəfərlə yeni bir fəsil açan tarixibir hadisədir. Azərbaycan ərazi bütövlüyünü bərpa etməkləkifayətlənmədiyini, eyni zamanda bəşəriyyətə qarşı ağır cinayətlərtörədənləri məsuliyyətə cəlb etməkdə qərarlı olduğunu dünyayayüksək səslə bəyan edir. Bəşəriyyətə qarşı ən ağır cinayətlərdəsuçlanan şəxslərlə bağlı təhqiqat və bundan sonrakı ədalətməhkəməsi sadəcə hüquqi bir proses deyil, eyni zamanda diqqətdənyayınması mümkün olmayan əsl ədalətin təcəssümüdür.

Azərbaycan Baş Prokurorluğunun bəyanatına görə, təqsirləndirilənşəxslər təcavüz, soyqırımı, terrorizm və qanunsuz işğal da daxilolmaqla ağır cinayət maddələri üzrə məhkəmə qarşısına çıxarılacaq.İstintaq şahid ifadələri, sənədlər və videomateriallar da daxilolmaqla, ittihamları dəstəkləyən böyük bir sübut bazası toplayıb.Bu məhkəmə prosesi təkcə ədalətin təmin edilməsi deyil, həm dəsiyasi gücə malik bir siqnal kimi qəbul edilir: Qarabağda törədiləncinayətlər artıq cəzasız qalmayacaq.

Xüsusi diqqət erməni milyarder Ruben Vardanyanla bağlı işəyönəlib, o, 45 ağır cinayətdə ittiham olunur. Onun adı cinayətkarrejimin simvoluna çevrilib: separatçı hərəkatın təşkilindən tutmuştəbii sərvətlərin qanunsuz istismarı və terrorçuluğa təhrik etməyəqədər. Vardanyan humanitar yardımın çatdırılmasına mane olmaqla,mülki əhalinin əzabını artıraraq bölgədəki vəziyyəti daha dagərginləşdirib.

Ruben Vardanyan - Rusiya və Ermənistan mənşəli milyarder,“Troika Dialoq” investisiya şirkətinin keçmiş rəhbəri, yalnızmaliyyə uğurları ilə deyil, həm də bir sıra qalmaqallarla tanınır.Onun adı pul yuyulması, kölgə maliyyə sxemləri və vergidən yayınmailə bağlıdır. Belə ki, indiyədək müxtəlif ölkələrdə aparılmışaraşdırmaların nəticələrinə görə, Vardanyanla bağlı mürəkkəbmaliyyə mexanizmləri vasitəsilə 4 milyard dollardan çox vəsaitçıxarılıb. Həmin vəsait lüks daşınmaz əmlakın, yaxtaların və elithəyatın digər atributlarının alınmasına xərclənib: məsələn,Lüksemburq, Kipr və Britaniya Virgin adalarındakı şirkətlərvəsaitlərin mənbəyini gizlətmək üçün istifadə olunub.

Eyni zamanda R.Vardanyan müştərilərinin, o cümlədən irikorporasiyaların vergi öhdəliklərini minimallaşdırmaq üçün fəalçalışıb. 2022-ci ildə Qarabağdakı hadisələrdən sonra R.VardanyanRusiya vətəndaşlığından imtina edərək separatçı idarəetmədə əsasfiqura çevrildi. Ermənistanda hakimiyyətə gəlməyə çalışan və bununüçün Xankəndidəki separatçı-terrorçu rejimin tərkibindəkiaktivliyindən "tramplin" qismində istifadə etməyi planlaşdıranRuben Vardanyan kapitalından silah-sursat alınması və separatçıxuntanın dəstəklənməsi üçün istifadə edirdi.

Habelə o, Avropa və ABŞ-dəki əlaqələrindən, xüsusilə də bəzimass-media strukturlarındakı təsir rıçaqlarından istifadə edərəkAzərbaycanın mənfi imicini formalaşdırmağa, ölkəmiz və xalqımızlabağlı həlyanlar, feyk məlumatlar və dezinformasiya yaymaqla məşğulidi. R.Vardanyanın əsas məqsədlərindən biri də AzərbaycanlaErmənistan arasında sülh müqaviləsinin imzalanmasına yönəlmişdanışıqlar prosesinin pozulması idi.

Avropa tənzimləyici qurumları dəfələrlə Vardanyanın fəaliyyətiilə bağlı narahatlıqlarını ifadə ediblər, lakin sübut bazasınınkifayət etməməsi cinayət işlərinin açılmasını ləngidib. Ədalətboşluğu onun mövqelərini daha da gücləndirir, beynəlxalqictimaiyyətdə ciddi suallar doğuran fəaliyyətini davam etdirməsinəimkan yaradır.

Vardanyanın Ermənistana köçməsi onun üçün bir sığınacaq rolunuoynayıb. Yerli resurslar və təsir imkanlarından istifadə edərək, o,reputasiyasını müdafiə etməyi və siyasi sistemdə mövqeyinimöhkəmləndirməyi bacarır. Bu davranış həm ölkə daxilində, həm dəxaricdə rezonans yaradır, çünki belə hallar toxunulmazlıqillüziyası yaradır.

Və bütün bunlarla yanaşı, o, rəsmi Bakını terror aktları iləhədələyirdi. Vardanyan özünü “Skolkovo” kimi təhsil layihələrininvə “Aurora” fondunun yaradıcısı kimi təqdim edir. Di gəl, bu"təşəbbüslər" tez-tez onun ambisiyalarını gizlətmək cəhdi kimiqiymətləndirilir. “Skolkovo”da Vardanyanın vəsaitləri təyinatı üzrəxərclənməməsi ilə bağlı çoxsaylı ittihamlar layihənin idarəedilməsinin şəffaflığını şübhə altına alır. Onun "Aurora” fondu isəguya "humanitar məqsədlər" üçün fəaliyyət göstərdiyini bəyan etsədə, strukturun məqsədi Vardanyanın siyasi maraqlarını təmin vətəşviq etməkdən ibarətdir. "Sadə və təvazökar yaşamım var" söyləmişRuben Vardanyan patoloji yalançıdır. Belə ki, onun Rusiya paytaxtıMoskvanın həndəvərində dəyəri 35 milyon dollar olan malikanəsi,Fransadakı Lacivərd Sahildə (Côte d'Azur) lüks villası, 40 milyondollar dəyərində şəxsi reaktiv təyyarəsi, təxminən 50 milyon dollardəyərində incəsənət kolleksiyası və s. var.

Bu aktivlər necə əldə edilib və onun rəsmi gəlirləri realxərcləri ilə uyğun gəlirmi?

Dünya ictimaiyyəti, xüsusilə kollektiv Qərb R.Vardanyanınməhkəmə prosesini diqqətlə izləməlidir.

Bu, yalnız yerli ədalət mübarizəsi deyil, həm də beynəlxalqhüquq və ədalət prinsipləri əsasında nizamın necə bərpa ediləbiləcəyinə və bərpa edilməli olduğuna dair bütün dünya üçünnümunədir.

Vardanyanın vəkillərinin məhkəmə prosesini qeyri-ədalətligöstərmək cəhdləri inandırıcı görünmür. Onların işinmateriallarının həcmindən - Azərbaycan dilində 25 000 səhifədənibarət olmasından şikayət etmələri daha çox zəif mövqelərinigöstərir, nəinki real problemləri. Beynəlxalq hüquq açıq şəkildəbildirir ki, suveren dövlətlər öz ərazilərində törədiləncinayətləri araşdırmaq hüququna tam malikdirlər. Azərbaycanməhkəməsinin “siyasi qərəzlilik”də ittiham edilməsi yalnız əsassızdeyil, həm də açıq-aşkar absurd görünür.

Ruben Vardanyanın oğlu David bir neçə emosional bəyanat verərəkatasının işini bütün erməni xalqına qarşı bir təhdid kimi təqdimetməyə çalışıb. Amma cəhdlər manipulyativ görünür və əsassızdır.Vardanyan işi konkret bir şəxs və onun fəaliyyətləri ilə bağlıdır,bir xalqla deyil. Onun ittiham olunduğu cinayətlər Azərbaycanınsuverenliyini sarsıdır, vətəndaşlarının hüquqlarını və beynəlxalqnormaları pozurdu.

Erməni diplomatiyasının mövqeyi də bir o qədər qəribədir.Ermənistanın Avropa İttifaqındakı səfiri Tiqran Balayan VardanyanınAzərbaycana təhvil verilməsində günahı Rusiyanın üzərinə atmağacəhd edib. Belə bəyanatlar absurd və mənasız olmaqla yanaşı,İrəvanın legitimliyinə xələl gətirir.

Vardanyanın prosesi ermənilər arasında uzun illər hökm sürəncəzasızlıq illüziyasını məhv edir. Azərbaycan göstərir ki,bəşəriyyətə qarşı cinayətlərdə əli olan hər kəs, statusu vətəsirindən asılı olmayaraq, qanun qarşısında cavab verəcək.

Azərbaycan ədalət prinsiplərinə tam və absolyut sadiqliyininümayiş etdirərək açıq şəkildə bildirir: xarici təzyiqlər işingedişatına təsir göstərməyəcək. Bakı milli qanunvericilik vəbeynəlxalq normalara uyğun hərəkət edərək, məhkəmə sistemininyetkinliyini nümayiş etdirir. Bu, yalnız daxili bir proses deyil,həm də beynəlxalq ictimaiyyətə göndərilən bir mesajdır: suverenliyəvə bəşəriyyətə qarşı cinayətlər cəzasız qalmayacaq.

Vardanyan işi mühim siyasi əhəmiyyət daşıyır. Bu, sadəcə cinayətişi deyil – həm də separatçı rejimin dağılmasının simvoludur.Qarabağ uzun illər müəyyən qrupların şəxsi maraqlarını həyatakeçirmək üçün bir alət idi, lakin bu dövr artıq sona çatıb. Yenibir dövr yaşanır, ədalət və qanunçuluq bölgədə inam və sabitliyinbərpası üçün əsas olur.

Vardanyan və digər separatçılar üzərində məhkəmə prosesi bütünbölgə üçün vacib bir siqnal olacaq. Münaqişə zonalarından şəxsimaraqları naminə istifadə edənlər üçün cəzasızlıq dövrü sona çatır.Azərbaycan göstərir ki, hüququn aliliyini təsdiqləmək, həttabeynəlxalq təzyiqlər şəraitində belə, necə vacibdir.

Bu proses yalnız bir məhkəmə işi deyil. Bu, tarixi bir an,suverenliyə və bəşəriyyətə qarşı cinayətlərin hər zaman cəzasınıtapacağını göstərən bir mesajdır. Azərbaycan qətiyyətli mövqeyiniqoruyaraq, Cənubi Qafqazda sabit və ədalətli bir gələcəyin əsasınıqoyur.

Seçilən
5
4
az.trend.az

5Mənbələr