Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında ölkədən 23 milyard 522 milyon 163 min kubmetr təbii qaz ixrac edilib.
Banco.az xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri isə 7 milyard 604 milyon 209 min ABŞ dolları olub.
Hesabat dövründə qaz ixracı illik müqayisədə miqdar ifadəsində 3,5%, dəyər baxımından isə 40,5% azalıb.
Qeyd edək ki, yanvar-noyabr aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 31,24% olub.