AZ

Netanyahu və Ərdoğan Yaxın Şərqdə liderlik uğrunda yarışır

Netanyahu və Ərdoğan Yaxın Şərqdə liderlik rolu uğrunda yarışır

Türkiyə və İsrail Yaxın Şərqdə liderlik uğrunda fəal rəqabət aparır, Suriyadakı siyasi dəyişikliklərdən yararlanmağa çalışırlar.

Qeyd olunur ki, Türkiyə prezidenti Ərdoğan Əsəd rejiminin süqutundan kürdləri zəiflətmək, qaçqın problemini həll etmək və hakimiyyəti gücləndirmək üçün istifadə edərək öz təsir imkanlarını genişləndirməyə çalışır.

Öz növbəsində, İsrailin baş naziri Netanyahu Suriyada fəaliyyətini gücləndirərək və İrana qarşı mübarizəni davam etdirməklə İsrailin sərhədlərini genişləndirmək və regionda mövqelərini gücləndirmək şansı görür.

Amma hər iki ölkənin ambisiyaları daxili problemlər - Türkiyənin iqtisadi çətinlikləri və İsrailin kiçik ərazisi ilə məhdudlaşır. Hər iki lider ərəb dünyasında inamsızlıqla üzləşib. Suriyadakı münaqişə Türkiyə və İsrail üçün döyüş meydanına çevrilmək riski daşıyır, Səudiyyə Ərəbistanı və Körfəz ölkələri regionda güc balansının dəyişdirilməsində əsas rol oynaya bilər.

"Finansial Times"  (c)

Seçilən
11
anspress.com

1Mənbələr