AZ

Əsəd qaçarkən nə dollar, nə də qızıl saxlayıb... – Suriyanın valyuta ehtiyatı tükənmiş vəziyyətdədir

Məlum olduğu kimi, Suriyada Baas rejiminin 24 illik diktatoru Bəşər Əsəd müxalifətin başlatdığı hərbi əməliyyat nəticəsində cəmi 11 günə süquta uğradı. Ölkədə bir çox dövlət qurumu dağılsa da, Əsəddən sonra Suriyada həyat normala dönməyə başlayıb. Hakimiyyəti ələ alan müxalifətin ilk işi ölkənin valyuta ehtiyatlarını yoxlamaq olub.

“AzPolitika” xəbər verir ki, aparılan araşdırma fonunda Suriya Mərkəzi Bankının seyfində təxminən 26 ton qızıl, 200 milyon dollar civarında isə nağd pul qaldığı üzə çıxıb. Qeyd olunub ki, indiki qiymətlərlə 26 ton qızıl 2,2 milyard dollara bərabərdir. Suriya rəsmiləri dollar ehtiyatlarının tükənmə həddinə çatdığını və rejimin dollar ehtiyatlarını qida, yanacaq və Əsədin müharibə səylərini maliyyələşdirmək üçün istifadə etdiyini bildirir.

Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə, 2011-ci ilin sonunda Suriya Mərkəzi Bankının 14 milyard dollar valyuta ehtiyatı var idi. 2010-cu ildə Suriyanın valyuta ehtiyatlarının 18,5 milyard dollar olduğu təxmin edilirdi. Əsəd rejimi 2011-ci ildən BVF, Dünya Bankı və digər beynəlxalq təşkilatlarla maliyyə məlumatlarını paylaşmağı dayandırıb.

Məlumata görə, Suriyanın milli gəliri (ümumi daxili məhsul - ÜDM) 2021-ci ildə 8,98 milyard dollar olub. 2010-cu ilə olan məlumata görə, vətəndaş müharibəsindən əvvəl ölkənin ÜDM-i 61,39 milyard dollar idi.

“Financial Times” nəşrinin iddiasına görə, Suriya Mərkəzi Bankı 2018-2019-cu illərdə Moskvaya 100 dollar və 500 avroluq əskinaslardan ibarət ümumilikdə 250 milyon dollarlıq 2 ton pul daşıyan bir neçə təyyarə göndərib. ABŞ mətbuatının yazdığına görə, oğurlanan pullar Rusiya banklarındakı hesablara yatırılıb. Bu pullarla Əsəd ailəsinin Moskvada dəbdəbəli mülklər aldığı da iddia edilib.

Son açıqlanana digər bir məlumatda isə bildirilir ki, Suraiyanın müharibədən sonrakı bərpası üçün tələb olunan büdcə 400 milyard dollara çata bilər.

“AzPolitika.info”

Seçilən
14
azpolitika.info

1Mənbələr