Şabranda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən iki nəfər saxlanılıb
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Milli.Az-a verilən məlumata görə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçiriblər.
Keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş Nicat Quliyev və G.Teymurova saxlanılıblar. Həmin şəxslərdən 2 kiloqrama yaxın marixuana və heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Milli.Az