AZ

Məşhur müğənni oğurluq edib: "Milyon il əvvəl"in qalmaqalı

Musiqi sənayesində böyük qalmaqal yaranıb. Braziliya məhkəməsi dünya şöhrətli britaniyalı müğənni Adelin “Million Years Ago” ("Milyon il əvvəl") mahnısını müsadirə etmək və onu dünyanın bütün platformalarından yığışdırmaq barədə misli görünməmiş qərar qəbul edib.

Publika.az "The Guardian"a istinadən xəbər verir ki, vəziyyət getdikcə ciddiləşir. Məhkəmə həmçinin "Sony" və "Universal" şirkətlərindən bu mahnının hər hansı istifadəsini və yayılmasını dayandırmağı tələb edib. Məsələ burasındadır ki, braziliyalı bəstəkar Toninya Geraeş Adelin qalmaqalına səbəb olan mahnının onun 1996-cı ildə Martinho da Villa üçün yazdığı "Mulheres" bəstəsinin surəti olduğunu iddia edir.

Geraş həmçinin ona dəymiş zərərin əvəzi kimi Adeldən və yuxarıda adı çəkilən iki şirkətdən 160 min dollar tələb edir.

Bildirilir ki, "Sony" və "Universal" şirkətləri bu məhkəmə qərarından apellyasiya şikayəti verə bilər, lakin məhkəmə qərarı prosedurlara uyğun yerinə yetirilməzsə, şirkətlərə cərimə tətbiq olunacaq.

Seçilən
3
1
publika.az

2Mənbələr