Növbəti il ərzində tibbi qeydiyyat sənədləşməsinin elektronlaşdırılması həyata keçiriləcək.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev "Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində panel müzakirələri zamanı deyib.
Qurum rəsmisi bildirib ki, bunun üçün ciddi layihələr hazırlanıb:
"Yaxın zamanda bunların təqdim olunması və icraata başlanması nəzərdə tutulub”.
Xatırladaq ki, ötən il Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri Elnur Hidayətoğlu Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) tabeliyində fəaliyyət göstərən ambulator-poliklinik tibb müəssisələrində tibbi qeydiyyat sənədlərinin tam şəkildə elektronlaşdırılmasına başlanıldığı barədə məlumat vermişdi. O, vətəndaşlara məxsus ambulator tibbi kitabçaların ləğv edilərək, onlarda olan məlumatlar əsasında data-baza formalaşdırıldığını açıqlamışdı.
Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyevin hazırki açıqlamasından belə çıxır ki, tibbi qeydiyyat sənədləşməsinin elektronlaşdırılması prosesinə başlanılmayıb.
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta