Bu gün Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, turun son günündə üç oyun keçiriləcək. Günə B qrupunda olan komandaların matçları ilə start veriləcək. “Quba” evdə “Gəncə”ni, “Ordu” isə "Sərhədçi" İdman Mərkəzində “Şəki”ni sınağa çəkəcək.
“Quba” – “Gəncə” görüşü saat 14:00-da, digər matç isə 15:00-da başlayacaq.
A qrupunda isə “Abşeron” “Sərhədçi” ilə qarşılaşacaq. Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, turun əvvəl reallaşan oyunlarında "Sumqayıt" "Lənkəran"ı 108:99, "Naxçıvan" NTD-ni 95:77, "Neftçi" isə "Sabah"ı 71:66 hesabı ilə məğlub edib.