AZ

“Ukrayna müharibədən sonrakı seçkiyə hazırlaşır” – “Bütün ukraynalılara səs vermək imkanının yaradılması çətin olacaq”

Ukrayna Rusiya ilə müharibə başa çatdıqdan sonra tezliklə seçki keçirmək məqsədi ilə elektron səsvermə də daxil olmaqla, Avropanın seçki qanunvericiliyi modellərini öyrənir.

“AzPolitika” xəbər verir ki, “Politico” nəşrində dərc edilən məqalədə belə deyilir.

Nəşr qeyd edir ki, müharibə başa çatdıqdan sonra belə, dünyanın hər yerinə səpələnmiş Ukrayna vətəndaşlarına, o cümlədən ölkənin işğal olunmuş ərazilərində yaşayanlara səs vermək imkanının yaradılması əsas problemlərdən biri olaraq qalacaq: “Bununla bağlı Ali Radada Dövlət Hakimiyyətinin Təşkili Komitəsinin rəhbəri Yelena Şulyak deyib: “Hazırda bizim seçici siyahıları ilə bağlı böyük problemimiz var, çünki insanlar (xaricə) gediblər. Müxtəlif hesablamalara görə, təkcə 6,5 milyon daxili məcburi köçkün var”.

Şulyak qeyd edib ki, bu məqsədlə Ukrayna rəsmiləri müharibə başa çatdıqdan sonra azad və ədalətli seçkilərin keçirilməsinin yolunu tapmaq üçün müxtəlif Avropa seçki modellərini öyrənirlər: "Biz elektron səsvermənin nüansları və digər alternativ səsvermə variantlarının texniki qiymətləndirilməsi, o cümlədən İT təhlükəsizliyi baxımından prosesi öyrənməkdə maraqlıyıq".

Şulyak deputatların poçtla səsvermə, seçki günü xaricdə şəxsi səsvermə və etibarnamə ilə səsvermə imkanlarını da nəzərdən keçirdiklərini bildirib”.

Eyni zamanda, “Politico”-nun xatırlatdığı kimi, Avropa Şurasının Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun tövsiyələrinə əsasən, seçki qanunvericiliyinə əhəmiyyətli dəyişikliklər seçkiyə ən azı bir il qalmış qəbul edilməlidir.

Bundan əvvəl Prezident Aparatının rəhbəri Andrey Yermak bəyan etmişdi ki, sülh əldə edildikdən sonra Ukrayna “dərhal” demokratik seçkilərə hazır olacaq.

Şulyak isə deyib ki, hərbi vəziyyət ləğv edildikdən sonra seçkilərin keçirilməsinə ən azı altı ay vaxt gərəkdir.

“AzPolitika.info”

Seçilən
1
3
azpolitika.info

5Mənbələr