Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və ölkədə fəaliyyət göstərən digər məhkəmələrlə əlaqə saxlamaq üçün “Məhkəmə Çağrı Mərkəzi” istifadəyə verilib.
“Qafqazinfo” xəbər verir ki, ölkənin istənilən regionundan stasionar telefonlardan (012) 887, bütün mobil operatorlardan isə 887 qısa nömrəsinə yığmaqla, səsli menyuda təqdim olunan əlaqə kodları vasitəsilə müvafiq məhkəmə ilə əlaqə qurmaq mümkündür.
Məhkəmələrin əlaqə kodlarını Məhkəmə-Hüquq Şurasının rəsmi internet səhifəsindən (www.jlc.gov.az) də əldə etmək mümkündür.
Qeyd edək ki, Çağrı Mərkəzi bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək canlı iş rejimində xidmət göstərir.