AZ

AVF rəsmiləri Lüksemburqa yollanıblar

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmiləri Avropa Voleybol Konfederasiyasının (CEV) Lüksemburqda yerləşən qərargahında təşkil olunan görüşə qatılıblar.

Apasport.az xəbər verir ki, 2026-cı ildə qadın voleybolçuların Avropa çempionatına ev sahibliyi edəcək ölkələrin nümayəndələri ilə görüş keçirilib.

Tədbirdə çempionata birgə ev sahibliyi edəcək dörd ölkənin (Azərbaycan, Türkiyə, Çexiya, İsveç) və CEV-in nümayəndələri iştirak ediblər. Görüşdə Azərbaycanı ACF-nin baş katibi Faiq Orucov və İdarə heyətinin üzvü Elqar Bağırov təmsil ediblər.

Çempionata hazırlıq çərçivəsində baş tutan ilk toplantıda yarışın təşkili ilə bağlı müzakirələr aparılıb. Əsasən rəqabət, logistika, oyunların keçiriləcəyi məkanların ziyarəti, media və rəqəmsal fəaliyyətlər, marketinq və tanıtım, brendinq və digər məsələlərə toxunulub.

Qeyd edək ki, 2026-cı ildə baş tutacaq yarış dörd ölkənin birgə ev sahibliyi ilə keçirilən dördüncü çempionat olacaq.

Bu gün Yüksək Liqasında III turun oyunları keçiriləcək

AVF növbəti dəfə məşqçi kursu təşkil edəcək

Bakıda çimərlik voleybolu üzrə “Qış kuboku” keçiriləcək

Yüksək Liqada III turun proqramı müəyyənləşib

"Azərreyl" və "Xilasedici"dən qələbə

Seçilən
1
2
apasport.az

3Mənbələr