Gürcüstanın səlahiyyət müddəti başa çatan prezidenti Salome Zurabişvili bu gün Avropa Parlamentində çıxış edəcək. Bu barədə Azadlıq Radiosunun Avropa ofisinin məlumatında bildirilib. S. Zurabişvili Avropa Parlamentinin sədri Roberta Metsolanın dəvətilə Brüsselə gedib.
"Prezident Salome Zurabişvilini Avropa Parlamentinə dəvət etdik. Onunla birlikdə hansı formatın məqsədimizə uyğun olduğunu müzakirə edəcəyik. Biz Avropanın gələcəyinə gedən yolda Gürcüstanın yanındayıq və qapımız həmişə açıq olacaq”, - deyə Avropa Parlamentinin sədri bildirib.
Mətləb