AZ

Azərbaycanda ilk dəfə olaraq vahid  "Məhkəmə Çağrı Mərkəzi" istifadəyə verilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ölkəmizdə ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, müraciətlərin operativ şəkildə cavablandırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsi, Məhkəmə-Hüquq Şurası və ölkəmizdə fəaliyyət göstərən digər məhkəmələrlə əlaqə saxlamaq üçün "Məhkəmə Çağrı Mərkəzi" istifadəyə verilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının istənilən regionundan stasionar telefonlardan (012) 887, bütün mobil operatorlardan isə "887" qısa nömrəsinə yığmaqla səsli menyuda təqdim olunan əlaqə kodları vasitəsilə müvafiq məhkəmə ilə əlaqə qurmaq mümkündür. Məhkəmələrin əlaqə kodlarını, həmçinin, Məhkəmə-Hüquq Şurasının rəsmi internet səhifəsindən (www.jlc.gov.az) də əldə edə bilərsiniz.
Qeyd edək ki, Çağrı Mərkəzi bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək canlı iş rejimində xidmət göstərir.
Seçilən
51
50
oxu.az

10Mənbələr